|
|
|
|
|
Təbrizdən tutuqlama xəbərı
Aərbaycan biliyurdlular toplumu genel ilişgiləri tərəfindən verilən bildirişə görə milli fəallarımızdan olan Mustafa Əvəzpur keçdiyimiz cuma, gecə saat 11 radələrində ittilaat məmurlarının xəbərsız basqısına məruz qalmış və iki qardaşı ilə tutuqlanmış və verilən bildirişə görə bu basqın gecə gec vaxtda həyata keçirildiyinə görəb və evdə olanlar yuxuda olduqları üçün, böyük dəhhşətə və qorxuya səbəb olmuşdur.
|
||
|
|
|
|
|
Çox acınacaqlı intihar faciəsi Həmşəhri qazeti: Təbrizin yaxınlığında yerləşən Axmaqaya qəsəbəsində 8 nəfərlik bir ailə üzvləri bütünlüklə intihar etmişlər, Həmşəhri raporuna əsasən yeni günəş ilinin birinci günündə(21 mart) Təbriz cinaət polisi qonşularin xəbərdarlığı əsasında bu ailənin cəsədlərin tapmışdir, birinci olaraq belə nəzərə gəlirmiş ki, bu ailə sobadan ixrac olunan monoksid kərbon qazinin tənəffüsü nəticəsində ölmüşlər ama ancaq ailənin atasının asılı olaraq can verdiyi başqa varyantları ortaya qoymuş və evin bir quşəsindən tapılan kiçik kağızın üzərində yazilanlar bu faciənin bir cinayət olduğun məlum etmişdir ailənin atasi olan 46 yaşli Sabir bu cinayətləri etdiyinə belə etiraf etmişdir: yoxsulluq və maddi çətinliklər üzündən və ev kirasın təmin ede bilmədiyimə görə ailə üzvlərimi məsmum edərək öldürdükdən sonra özümü asdım !!?? |
||
|
|
|
|
|
Ədvarnews: Tehran Əllamə təbatəbai universitetinin ədəniyat fakultəsinin islami dərnəyi bir bildiriş yayımlayaraq Əhər şəhrində 31 mart münasibətələ 5 nəfər milli fəallarımızın tutuqlanmasın məhkum etdi. |
||
|
|
|
|
|
Böyük rəsuloğlu cənablarının Xanım Ann Harrison-a yazdığı məktub Amnesty International / Xanım Ann Harrison Geçən məktubumuzda da xəbər verdiyimiz kimi ədalət mübarizəsində çoxlu əziyətlər çəkən Azərbaycanlı ruhani Ezimi Qədim geçən bazar günü Mart ayının 26-da Təbriz zindanına təhvil verilmişdir. bildiyiniz kimi ona muxtəlif cəzaların yanında bir il yarımda zindan kəsilmişdi. onun ərizəsi əsasında bu hökmə yenidən baxılmış olsada yenidən baxış məhkəməsi hökmü təyid edərək onu zindana göndərmişdir. Bu barədə ASMEK-in bəyaniyəsini eynən və tərcümə edərək huzurlarıza çatdıraraq möhtərəm ruhani məqamına olan bu çirkin olayı qınamağızı və onun dosyasına baxış geçirməyinizi xahiş edirik. Hərmətlə : Böyük Rəsuloğlu Dünya Azərbaycanlılarının Haqlarını Mudafiə Komitəsinin sədri
(aşağıda ASMEKin məktubunun ingilizcesin təqdim edirik) Hojjet-ul-Islam Ezimi Qedim is now forced to imprisonment The appeal court confirmed the sentence passed against the Southern Azerbaijani clergyman Hojjet-ul-Islam Ezimi Qedim and he was handed over to Tebriz Prison on Sunday 26 march 2006, Ezimi Qedim was arrested on 05.08.2005, while taking part in the Anniversary of the Constitution Revolution at the Baqir Khan Mausoleum, but was tried by a special court for clergymen after suffering three months of imprisonment. The sentence passed by that court is now confirmed and executed comprising one year three months and one day imprisonment; he is barred for leaving the country for five years; banned against living in the provinces of Eastern Azerbaijan, Western Azerbaijan, Erdebil and the Zenjan; forbidden to make any propaganda activities in these provinces; and he is stripped for ten years of using clergy uniform. The verdict of the court is executed from this day on by the branch of the office of Justice in Tebriz. He is commencing the imprisonment term with the deduction of the three months already spent in detention. |
||
|
|
|
|
|
Daşmakıda cənazə törəni
Daşmaki-nin yaxınlığında yerləşən Yolagəldi kəndində kürd teroristləri əlilə qətlə yertirilmiş üç Azərbaycanlı şəhidimizin cənazə törəni cuma günü (31 mart) Daşmakıda minlər nəfər Azərbaycanlı Türk bacı-qardaşlarımızın iştiraki ilə təntənəli şəkildə keçirilmişdir. eşitdiklərimizə görə bu törənin atmosferi kürd teroristlərinin son zamanlarda yaratdıqları olaylar və faciələrə qarşı olub və bu törəndə məzhəbi sloqanlarından başqa bəzi milli sloqanlarda səslənmişdir məsəla: -Azərbaycan oyaqdir kürdlər burda qonaqdir -Yaşasın Azərbaycan -bir nəfər min nəfər intiqam intiqam -ölüm olsun PJAKa -ölüm olsun Öcalana
|
||
|
|
|
|
|
31 mars ilə ilgili son xəbərlər və Daşmakidan aldığımız xəbərlər
31 mars -eşitdiyimiz son xəbərlərə görə bugün Təbrizdə 160 nəfər civarındaı soydaşımız tutuqlanmışlar. Bu tutuqlamalar Təbriz ermənilərinin Xəlifəgri adlı mərkəzinin ətrafında və oraya yaxın xiyavanlarda üz vermiş və cavanlar sorqusuz sualsız qarayaxa məmurlar vasitəsilə tutuqlanmışlar və bəzi hallarda məmurlar əlilə vəhşicəsinnə döyülmüşlər. Indisə(Təbriz vaxtilə saat 24:30) bir çox aillər əzizlərindən xəbər tutmaq uçun ittilaat dairələrinin qarşısında cavabsiz bəkləyirlər... - eşitdiyimiz xəbərlərə görə Urmuda Nənəməryəm kilisəsi və Tehranda Serkis kilisəsi ilə Ermənistan elçiliyi qarşısı qard vijə polisləri ilə ehatə olunubmuş... Daşmakı - eşitdiyimizə görə bugün Makının Yolagəldi kəndində PJAK teroristləri soydaşlarımızdan üç nəfərin qətlə yetirmişlər və bu hadisədə hac Novruz adlı soydaşımız yaralanmışdır... -elə bugün Makıda PJAK teroristləri milli fəallarımızın birneçəsinə telefon açaraq ölümlə hədələmişlər...
Böyük Rəsuloğlu cənablarının məktubu Amnesty international / London |
||
|
|
|
|
|
31 mart
eşitdiklərimizə görə dünən və bugün güney Azərbaycanın bəzi şəhərlərində aktivistlərimiz bəzi basqılara məruz qalmışlar, belə ki, birçox fəallarımız ittilaat mərkəzlərinə çağrılmışlar istintaq edilmişlər və bəzi fəallar isə telefon ilə təhdəd olunmuşlar ki bu iki gün sürəsincə həç fəaliyyətə qatılmamalıdırlar !!! bilindiyi kimi 31 mars yəni Azərbaycanlıların daşnak ermənilər əlilə qətliamının il dönümü yaxınlaşdığına görə şovenist fars hakimiyyəti təşvişə düşmüş və güneylilərın təbii haqqı olan etirazları boğmaq niyyətindədir bu tutuqlamalardan əlimizdə mükəmməl bilgilər olmadığına görə indilik yalnız xəbər kimi dərc edirik və hər hansi yeni məlumat əldə olunursa və yaxud tutuqlananların adları əlimizə keçirsə dərhal dərc edəcəyik |
||
|
|
|
|
|
Xiyov şəhərinin olaylari Diqqət...............diqqət Bilindiyi kimi keçən həftə ilin son od çərşəmbəsi günü(mart 15) axşam saatlarından etibarən Xiyov(meşkin) şəhərinin Türk milliyətçiləri şəhərin orta meydanlarının birində böyük bir piket keçirərək hakim Fars şovenizminin asimilasya siyasətləri və erməni daşnaklarının cinayətlərinə qarşi şuarlar vermişlər, bu piket dinc başlandığına baxmayaraq polisin vəhşiliyinə məruz qalmışdır və birçox soydaşımız vəhşicəsinə döyülmüş ya tutuqlanmişlar Bu piketin şuarlari belə imiş: Haray haray mən Türkəm Türk dili ölən deyil Fars dilinə dönən deyil Türk adı ölən deyil Azəriyə dönən deyil Qarabağ bizimdir bizim olacaq Ölüm olsun daşnaka Ölüm olsun kürd teroristinə Türk Türk ilə savaşmaz Türk Türkü Farsa satmaz (son şuar Azerbaycanli polislərə xitab deyilmiş) Eşitdiyimiz son xəbərlərə görə Xiyov(meşkin) şəhərində son od çərşəmbəsi() şənlikləri ərəfəsində keçirilmiş piketin ardından güvənlik gücləri o piketin filmlərin izlədikdən sonra şəhərdə böyük ölçüdə tutuqlamalar başlamış ve sayısı bu dəqiqəyə kimi bizə bəlli olmayan tedadda soydaşlarımızı tutuqlamışlar, ancaq deyilənlərə görə bu tutuqlamalarda 50 dən çox milli aktivistimiz həbs edilmiş
|
||
|
|
|
|
|
Aldığımız son xəbərlərə görə itirdiyimiz yorulmaz mübariz, igid gəncimiz, rəhmətlik "Səhənd Əfşari" cənablarının yasının "üç" törənində bir çox soydaşımız tutuqlanmış ya basqılara məruz qalmışlar, bizdə olan məlumata əsasən adlarını çədiyimiz soydaşlarımız tutqlanmışlar ama buraxılmaları ya nə vəziyyətdə olduqları bizə məlum deyildir: -Əlirza Fərşi deyilənlərə görə arabasi ilə birgə aparılmış və 24 saat sonra arabası Təbrizin Hafiz xiyavaninda buraxılmış bir vəziyətdə tapımmışdir və son dəqiqələrə qədər öz taleinden xəbər yoxdur ! Məhəmməd Fərşi məclisdən filim çəkdiyinə görə tutqlanmış və indiyə kimi buraxılmamış Həsən Ehsani Əli Sədiq Əmir Ələvi Məhəmməd hüseyn Şəhlayi Əyyub və Mehdi Rəzəvi Saleh Adeli Əkbər Abedini Əbülfəzl Fəthi Oxtay(Məhəmməd) Hüseyni Cavad |
||